MN: Erməni tərəfi dezinformasiya yaymaqda davam edir

MN: Erməni tərəfi dezinformasiya yaymaqda davam edir

Erməni tərəfi cari ilin dekabr ayının 29-da törətdiyi uğursuz təxribat nəticəsində verdiyi itkilərə bəraət qazandırmaq məqsədilə guya dövlət sərhədində növbəti təxribatın baş verdiyi və Azərbaycan tərəfinin itkiləri barədə bu gün yenə də həqiqətəuyğun olmayan və daxili auditoriyaya hesablanmış növbəti yalan məlumat yayıb.

Müdafiə Nazirliyinin mətbuat xidmətindən Aktual.az-a  verilən məlumata görə, əgər erməni tərəfinin "təkzibolunmaz sübutları” varsa, təqdim etsinlər.

Rəsmi olaraq bildiririk ki, Azərbaycan Silahlı Qüvvələrinin bölmələri heç bir itki verməyib, gündəlik xidməti fəaliyyətini davam etdirir və əməliyyat şəraitinə tam nəzarət edir.
 
 Aktual.az
Xəbər 432 dəfə oxunub.

YAZARLARIMIZ

SEÇİLMİŞ

SON XƏBƏRLƏR