Mixeil Saakaşvili qaldığı oteldən yoxa çıxıb

Mixeil Saakaşvili qaldığı oteldən yoxa çıxıb
  • DÜNYA


Odessanın sabiq qubernatoru Mixeil Saakaşvili gecə saatlarında Lvovda qaldığı oteldən naməlum istiqamətdə yola çıxıb.


"Ölkə.Az" xəbər verir ki, bu barədə Ukrayna mətbuatı xəbər yayıb. Axşam saatlarında Saakaşvilinin qaldığı otelin foyesində izdiham olub. Onlar arasında eks-qubernatorun mühafizəçiləri və silahdaşları olub. Sonra isə onlar qəflətən küçəyə çıxıblar və "Donbass" batalyonunun mikroavtobusu və digər maşınlara əyləşərək naməlum istiqamətdə hərəkət ediblər.
Saakaşvilinin bir neçə cangüdəni oteldə qalaraq jurnalistlərə bildiriblər ki, siyasətçi heç yerə getmək fikrində deyil və oteldə gecələyəcək. Amma qəflətən liftdən çıxan Mixeil otel qapısından çölə çıxıb. Mühafizəçi Saakaşvilinin iş dalınca getdiyini bildirib. Bir müddət sonra mikroavtobus otelə qayıdıb. Amma jurnalistlər Saakaşvili və nümayəndə heyətini görə bilməyiblər. Otelin işçiləri də siyasətçinin geri qayıtmadığını bildiriblər.

Aktual.az



Xəbər 294 dəfə oxunub.

YAZARLARIMIZ

SEÇİLMİŞ

SON XƏBƏRLƏR