"Mitsubishi" 40 minə yaxın avtomobili geri çağırıb


"Mitsubishi" şirkəti Rusiyada 40 minə yaxın avtomobili geri çağırıb.

Aktual.az Trend-ə istinadən xəbər verir ki, bu qərar avtomobillərdə mühərrik blokunun relesində, eləcə də ventilyatorun relesində qeydə alınan qüsurlarla bağlıdır.
Şirkətin yaydığı məlumatda qeyd olunur ki, geri çağırılma 2015-ci ilin fevralından 2017-ci ilin fevralınadək satılmış "ASX" və "Outlander" modellərinə şamil olunur.
Bildirilir ki, bu avtomobillərdə təmir işləri avtomobil sahibləri üçün ödənişsiz həyata keçiriləcək.
Xəbər 627 dəfə oxunub.

YAZARLARIMIZ

SEÇİLMİŞ

SON XƏBƏRLƏR