Misirin güc strukturlarının nümayəndələri Azərbaycana gəlir

Misirin güc strukturlarının nümayəndələri Azərbaycana gəlir

Martın 4-də Azərbaycanın müdafiə naziri general-polkovnik Zakir Həsənov Misir Ərəb Respublikasının ölkəmizdəki fövqəladə və səlahiyyətli səfiri xanım Suzan Mohamed Gamil ilə görüşüb.

Aktual.az bildirir ki, Müdafiə Nazirliyinin mətbuat xidmətindən Trend-ə verilən məlumata görə, Z.Həsənov Azərbaycanla Misir arasında mövcud ənənəvi dostluq və əməkdaşlıq münasibətlərinin dövlətlərimizin maraqlarına uyğun olaraq daim inkişaf etdiyini və genişləndiyini qeyd edib. Nazir regiondakı hərbi-siyasi vəziyyətlə bağlı məlumat verərək Ermənistanın işğalçılıq siyasətinin bu gün də davam etdiyini və danışıqların uzadılmasının bölgədəki şəraitə mənfi təsir göstərdiyini diqqətə çatdırıb.

Görüşdə, yaxın vaxtlarda Misir Ərəb Respublikasının güc strukturlarının geniş tərkibli nümayəndə heyətinin ölkəmizə gözlənilən səfəri, keçiriləcək danışıqlarda təhlükəsizlik və müdafiə sahəsində müzakirələrə dair tərəfləri maraqlandıran məsələlərlə bağlı fikir mübadiləsi də aparılıb.

Xəbər 490 dəfə oxunub.

YAZARLARIMIZ

SEÇİLMİŞ

SON XƏBƏRLƏR