Misirdə yeni piramida kəşf edildi

Misirdə yeni piramida kəşf edildi
  • DÜNYA

Misirin paytaxtı Qahirədə yeni piramida aşkar edilib.

Aktual.az  "Ölkə.Az"-a istinadan xəbər verir ki, piramidanın altıncı xanədana məxsus olduğu bildirilir. Altıncı xanədan eramızdan əvvəl 2345-2181-ci illər arasında Misirdə hakimiyyətdə olub.
Misir tarixi əsərlər nazirliyindən verilən açıqlamada deyilir: "Cenevrə universitetindən isveçrəli və fransızlardan ibarət arxeoloji qrup Gizanın qərbindəki Sakkarada çəhrayı qranitdən inşa edilmiş kiçik piramida tapıb".
Piramidanın hündürlüyü 130, eni isə 110 sm-dir. Arxeoloji qrupun rəhbəri Filip Kollombert qeyd edib ki, piramida şahzadə II Ankhenespepy üçün inşa edilmiş ola bilər.


Aktual.az

Xəbər 459 dəfə oxunub.

YAZARLARIMIZ

SEÇİLMİŞ

SON XƏBƏRLƏR