Misirdə naməlum şəxslər 5 polis əməkdaşını qətlə yetirib

Misirdə naməlum şəxslər 5 polis əməkdaşını qətlə yetirib

Misirdə naməlum şəxslər motosikllə Hizə şəhərinə gələrək polis əməkdaşlarına atəş açıblar.

Aktual.az Report-a istinadən xəbər verri ki, bu barədə "Associated Press” Misirin Daxili İşlər Nazirliyinə istinadən xəbər verib. 

Məlumatda bildirilir ki, hadisə piramidaların yaxınlığında qeydə alınıb. Polis əməkdaşlarının olduğu avtomobil pulemyotdan atəşə tutulub. Cinayətkarlar silahı, radioəlaqə üçün vasitəni oğurlayaraq cəsədləri yandırmağa cəhd göstəriblər. Lakin insanları gördükdə hadisə yerindən uzaqlaşıblar.

Yerli "CBC Extra” telekanalı cinayətkarların polis formasında olduqlarını əks etdirən videoçarxı nümayiş etdirib. Onlar atəş açmazdan əvvəl avtomobili saxlayıblar.
 
Aktual.az 
Xəbər 72 dəfə oxunub.



YAZARLARIMIZ

SEÇİLMİŞ

SON XƏBƏRLƏR