Minlərlə bank hesabını qıran haker "İLİŞDİ"

Minlərlə bank hesabını qıran haker
  • DÜNYA

ABŞ xüsusi xidmət orqanları minlərlə bank hesabını qırmaqda şübhəli bilinən Rusiya əsilli Aleksandr Tverdoxlebovu həbs ediblər.

Publika.az xəbər verir ki, Tverdoxlebovun evində axtarış zamanı 172 min dollar aşkar olunaraq götürülüb. Həmçinin onun Las-Veqasdakı depozit hesabında 100 min dollar aşkar edilib.
İstintaqın fərziyyəsinə görə, haker kömpüterlərə yüklənən xüsusi proqramlar vasitəsi ilə pulları götürüb. O, təqribən on min virusa yoluxmuş qurğudan istifadə edib.
Tverdoxlebov cinayəti 2009-2010-cu illərdə edib. Həmin dövrdə o, ABŞ-a gəlib və ölkə vətəndaşı ilə evlənib. Təhqiqatçılar ehtimal edirlər ki, onun fəaliyyətindən minlərlə ABŞ vətəndaşı zərər çəkib.
 
Aktual.az
Xəbər 786 dəfə oxunub.

YAZARLARIMIZ

SEÇİLMİŞ

SON XƏBƏRLƏR