Mingəçevirdə yanğın: Sakinlər təxliyyə edildi

Mingəçevirdə yanğın:   Sakinlər təxliyyə edildi

Bu gün səhər saatlarında Mingəçevir şəhərində yaşayış binasında yanğın baş verib.

Aktual.az Fövqəladə Hallar Nazirliyinin (FHN) saytına istinadən xəbər verir ki, yeddimərtəbəli binanın dam örtüyünün yanar konstruksiyaları 80 kv.m sahədə yanıb.

Yanğın zamanı yuxarı mərtəbələrdən 30 nəfər sakin yanğınsöndürənlər tərəfindən təxliyə edilib.

Binanın dam örtüyünün qalan hissəsi və 7-ci mərtəbədə yerləşən otaqlar yanğından mühafizə olunub. Yanğın saat 06:45-da yanğınsöndürənlər tərəfindən söndürülüb.

Xəbər 609 dəfə oxunub.

YAZARLARIMIZ

SEÇİLMİŞ

SON XƏBƏRLƏR