Mingəçevirdə sərnişin avtobusu aşıb – Xəsarət alanlar var

Mingəçevirdə sərnişin avtobusu aşıb – Xəsarət alanlar var

Mingəçevir şəhərində sərnişin mikroavtobusu aşıb, xəsarət alanlar var.

"Report”un Şirvan bürosu xəbər verir ki, hadisə şəhərin Təbriz küçəsində baş verib.
Belə ki, şəhərdaxili sərnişin daşıyan 7 nömrəli marşurt xətt avtobusu "Niva” markalı avtomobillə toqquşaraq aşıb. Nəticədə avtobusda olan şəxslərin xəsarət aldığı bildirilir.
Xəsarət alan 5 nəfər xəstəxanaya yerləşdirilib.
Onlardan 1-i kişi, 4-ü qadındır. Yaralıların vəziyyətinin ağır olduğu bildirilir.
Faktla bağlı araşdırmalar davam etdirilir.


Aktual.az
Xəbər 703 dəfə oxunub.

YAZARLARIMIZ

SEÇİLMİŞ

SON XƏBƏRLƏR