Mingəçevirdə mənzildən 30 min manatlıq qızıl əşyalar oğurlanıb

Mingəçevirdə mənzildən 30 min manatlıq qızıl əşyalar oğurlanıb

Mingəçevirdə oğurluq hadisəsi olub.
 
APA-nın yerli bürosunun xəbərinə görə hadisə Mingəçevir şəhərinin A.Məmmədov küçəsindəki 7 saylı binanın 4 saylı mənzilində qeydə alınıb. Ev sahibi Sevda Abdullayeva ona məxsus mənzildən naməlum şəxs tərəfindən 30 min manatlıq qızıl-zinət əşyalarının oğurlanması barədə Mingəçevir şəhər Polis Şöbəsinə müraciət edib. Sevda Abdullayevanın bildirdiyinə görə hadisə axşam saatlarında baş verib. Oğrular evə pəncərədən daxil olublar. Hadisə yerinə polis əməkdaşları gəlib.
Faktla bağlı araşdırma aparılır.
Xəbər 296 dəfə oxunub.

YAZARLARIMIZ

SEÇİLMİŞ

SON XƏBƏRLƏR