Milli Qəhrəmanın qardaşına DTX-da iş verildi

Milli Qəhrəmanın qardaşına DTX-da iş verildi

Milli Qəhrəman Çingiz Qurbanovun ailəsinə dövlət tərəfindən növbəti qayğı göstərilib.
 
Aktual.az  "qafqazinfo”ya istinadən xəbər verir ki, Dövlət Təhlükəsizliyi Xidmətinin rəisi, general-leytenant Mədət Quliyev Milli Qəhrəmanın qardaşı Beydulla Qurbanovu təmsil etdiyi qurumda işlə təmin edib. B. Qurbanov Azərbaycan Texniki Universitetində qiyabi təhsil alır.
 
Xatırladaq ki, ölkə prezidenti tərəfindən Milli Qəhrəmanın ailəsinə Bakının Xətai rayonunda mənzil də verilib.
 
Məlumatı DTX-dan təsdiqləyiblər.
 
Aktual.az
Xəbər 430 dəfə oxunub.

YAZARLARIMIZ

SEÇİLMİŞ

SON XƏBƏRLƏR