Milli Məclisin növbəti plenar iclasının gündəliyi açıqlandı

Milli Məclisin növbəti plenar iclasının gündəliyi açıqlandı

Milli Məclisin növbəti - dekabrın 15-də keçiriləcək plenar iclasının gündəliyi məlum olub.

Aktual.az-ın Report-a istinadən xəbərinə görə, iclasın gündəliyinə 38 məsələ daxil edilib.
Bunlar "Rəsmi statistika haqqında", "Həmkarlar ittifaqları haqqında", Azərbaycan Respublikası Silahlı Qüvvələrinin İntizam nizamnaməsi", "Azərbaycan Respublikası Silahlı Qüvvələrinin Qarnizon və qaravul xidmətləri nizamnaməsi", Meliorasiya və irriqasiya haqqında", "Məhkəmələr və hakimlər haqqında", " Toxumçuluq haqqında", "Yol hərəkəti haqqında", İstehsalat və məişət tullantıları haqqında, "Polis haqqında", "Prokurorluq haqqında" və s. qanunlara dəyişiklik layihələridir.
Bundan başqa, "Hesablama Palatası haqqında" qanuna dəyişiklik ediləcəyi də gözlənilir.
Plenar iclasda "Azərbaycan Respublikası Silahlı Qüvvələri haqqında" qanun ikinci oxunuşda müzakirəyə çıxarılacaq.
 
Aktual.az
Xəbər 370 dəfə oxunub.

YAZARLARIMIZ

SEÇİLMİŞ

SON XƏBƏRLƏR