Milli Məclisin növbədənkənar iclasının gündəliyi dəyişdirildi

Milli Məclisin növbədənkənar iclasının gündəliyi dəyişdirildi

Milli Məclisin bu gün keçirilən növbədənkənar iclasının gündəliyi dəyişdirilib.

Aktual.az Trend-ə istinadən xəbər verir ki, Milli Məclisin sədri Oktay Əsədov bildirib ki, müəyyən səbəblərdən 13-cü məsələnin müzakirəsi təxirə salınıb və iclasın gündəliyində 22 məsələ qalıb.

Qeyd edək ki, 13-cü məsələ "Dövlət rüsumu haqqında" Azərbaycan Respublikasının Qanununda dəyişiklikləri nəzərdə tuturdu.
 
Aktual.az
Xəbər 374 dəfə oxunub.

YAZARLARIMIZ

SEÇİLMİŞ

SON XƏBƏRLƏR