Milli Məclisdə bu qanun layihəsinin təqdimatı keçirilir

Milli Məclisdə bu qanun layihəsinin təqdimatı keçirilir

Azərbaycan Milli Məclisində "Beynəlxalq cinayətlərin qarşısının alınması və cəzalandırılması haqqında” qanun layihəsinin təqdimatı keçirilir.

"Report"un xəbərinə görə, təqdimat mərasimini parlamentin İnsan hüquqları komitəsi təşkil edib.

Tədbirdə Milli Məclis sədrinin müavini Bahar Muradova, Azərbaycanın hərbi prokuroru Xanlar Vəliyev, Prezident Administrasiyasının Hüquq mühafizə orqanları ilə iş şöbəsinin İnsan hüquqlarının müdafiəsi məsələləri sektorunun müdiri Çingiz Əsgərov, Prezident yanında Qeyri-Hökumət Təşkilatlarına Dövlət Dəstəyi Şurasının sədri, Milli Məclisin deputatı Azay Quliyev və başqaları iştirak edir.

Milli Məclisin sədr müavini Bahar Muradova çıxışında bildirib ki, Ermənitanın Azərbaycana qarşı siyasəti bəllidir: "Ermənilər torpaqlarımızı işğal edib, mədənəiyyət abidələrini dağıdıb, xeyli sayda insan məcburi köçkün olub. Azərbaycan həqiqətlərini dünyaya çatdırmağa çalışmışıq, amma təəssüflər olsun ki, istədiyimiz nəticəni əldə etməmişik. Azərbaycan torpaqları hələ də işğal altındadır”.

O bildirib ki, Ermənistanın Azərbaycana qarşı təcavüzü ilə bağlı dünya ictimaiyyətini məlumatlandırmaq lazımdır: "Heydər Əliyev bu məsələdə mühüm işlər görüb. Ermənilər hələ də cinayət məsuliyyətindən yayınırlar. 10 ölkə Xocalı soyqırımını tanıyıb, ABŞ-ın bir neçə ştatı müvafiq qərarlar çıxarıb. BMT-nin Təhlükəsizlik Şurası bununla bağlı qətnamə qəbul edib. Amma bu qətnamənin tələblərinə əməl etmirlər”.

B.Muradova qeyd edib ki, Ermənilərin Azərbaycana etdikləri ilə bağlı obyektiv münasibət olsaydı, bu məsələ həllini tapmış olardı: "Ermənistanın havadarları bu işdə qeyri-obyektiv münasibət sərgiləyir. Hazırda "Beynəlxalq cinayətlərin qarşısının alınması və cəzalandırılması haqqında” qanun layihəsi hazırlanıb”.
 
Aktual.az
Xəbər 474 dəfə oxunub.

YAZARLARIMIZ

SEÇİLMİŞ

SON XƏBƏRLƏR