Milli Məclisdə AŞPA-nın Səməd Seyidovla bağlı qərarı tənqid olunub

Milli Məclisdə AŞPA-nın Səməd Seyidovla bağlı qərarı tənqid olunub

"Avropa Şurasında Azərbaycanla qəbul edilmiş qərar siyasi sabitliyi pozmağa yönəlib. Hədəf Səməd Seyidov seçilib. Onun şəxsi keyfiyyətləri onun hədəf seçilməsi üçün əsasdır. Səməd Seyidov Azərbaycanı orada layiqincə təmsil edir. Ona görə sıradan çıxarmaq istəyirlər”.

"Report”un xəbərinə görə, bunu Milli Məclisin bu gün keçirilən iclasında deputat Fəzail İbrahimli Azərbaycanın Avropa Şurası Parlament Assambleyasındakı (AŞPA) nümayəndə heyətinin rəhbəri Səməd Seyidov barəsində AŞPA-da sanksiya tətbiq edilməsi məsələsinə münasibət bildirərkən deyib.
O qeyd edib ki, Avropa Şurası Parlament Assambleyasındakı (AŞPA) nümayəndə heyətinin rəhbəri AŞPA-da Azərbaycana qarşı ikili standartlardan çıxış edənlərə cavab verir.
Deputat Sahibə Qafarova çıxışında deyib ki, AŞPA-nın sanksiya qərarı qərəzlidir, Azərbaycana qarşı təzyiqdir: "Bəzi təşkilatlar ölkəmizə uyğun olmayan hesabatlarla çıxış edirlər. Qətiyyətlə deyə bilərəm ki, onların qərarı ədalətli deyil, onların məqsədi Azərbaycanı gözdən salmaqdır. Həmin qurumda sağlam düşüncəli insanlar da var. Təbii ki, orada Azərbaycana qarşı qərəzli olan insanlar da fəaliyyət göstərirlər”.
Milli Məclisin Hüquq siyasəti və dövlət quruculuğu komitəsinin sədri Əli Hüseynli qeyd edib ki, Azərbaycanın Avropa Şurası Parlament Assambleyasındakı (AŞPA) nümayəndə heyəti daim ölkəmizin maraqlarını müdafiə edib: "Həmin nümayəndə heyətində olan insanlar peşəkardılar. Deyirlər ki, Səməd Seyidovun korrupsiya əməlində iştirakı olmayıb. Amma sonra ona sanksiya tətbiq edilir. Bu, AŞPA-ya başucalığı gətirmir. Biz orada fəaliyyətimizi daha da əzmlə davam etdirməliyik”.
Xəbər 390 dəfə oxunub.

YAZARLARIMIZ

SEÇİLMİŞ

SON XƏBƏRLƏR