Millət vəkilindən yeni il təbriki

Millət vəkilindən yeni il təbriki

Millət vəkili Eldəniz Səlimov seçicilərini Dünya Azərbaycanlılarının Həmrəylik günü və yeni il münasibəti ilə təbrik edib. Aktual.az millət vəkilinin təbrikini təqdim edir:

 

 

Dəyərli seçicilərim!

Dünya Azərbaycanlılarının Həmrəylik günü ayrı-ayrı ölkələrdə yaşayan Azərbaycanlılarla əlaqə qurmaq, onlar arasında birlik və həmrəylik yaratmaq işində mühüm rol oynayır. Ulu öndər Heydər Əliyev Dünya Azərbaycanlılarının birliyinin əhəmiyyətini nəzərə alaraq 1991-ci ildə 31 dekabrı Dünya Azərbaycanlılarının Həmrəylik günü elan edib. Həmin gündən etibarən dünyanın müxtəlif ölkələrində Azərbaycan Diasporunun əsası qoyulub. Hal-hazırda dünyanın bir çox ölkələrində Azərbaycan diasporu formalaşıb, Azərbaycan həqiqətlərini dünyaya çatdırılmasına xidmət göstərir.

 

Dəyərli seçicilərim!

Sizin şəxsinizdə dünya azərbaycanlılarını həmrəylik günü və yeni təqvim ili münasibəilə səmimi qəlbdən təbrik edir, sizə can sağlığı, şəxsi həyatınızda səadət, işlərinizdə uğurlar arzulayıram! 2017-ci il Möhtərəm Prezidentimiz, Ali Baş komandan Cənab İlham Əliyevin rəhbərliyi ilə torpaqlarımız yağı düşməndən azad olunsun, sülh ili kimi tarixə daxil olsun.

Qarşıdan gələn yeni ilin müstəqil Azərbaycanımız, dünya azərbaycanlıları, şəxsən sizin üçün əmin-amanlıq, firavanlıq ili olmasını diləyi ilə

Eldəniz Səlimov

Xəbər 730 dəfə oxunub.

YAZARLARIMIZ

SEÇİLMİŞ

SON XƏBƏRLƏR