Millət vəkili Tovuz sakinlərinə söz verdi

Millət vəkili Tovuz sakinlərinə söz verdi

Millət vəkili Qənirə Paşayeva Tovuzda sakinlərlə görüşüb və qaldırdıqları məsələləri dövlət qurumları ilə mazakirə edəcəyini deyib. 


  Millət vəkili Qənirə Paşayeva Tovuzun  Bozalqanlı, Əlimərdanlı, Xatınlı kəndi də daxil olmaqla bir sıra kəndlərini ziyarət edib, kənd sakinləri ilə görüşüb, qayğı və problemləri  ilə maraqlanıb. Bozalqanlı kəndində millət vəkili Qənirə Paşayeva Qarabağ müharibəsi əlili Yusif Rzayev üçün dövlət tərəfindən tikilərək istifadəyə verilən evinə baş çəkib, ailəni ziyarət edib. Cənab Prezident İlham Əliyevi Qarabağ əlillrinə hər zaman artan diqqət və qayğısından danışan millət vəkili Qənirə Paşayeva Yusif Rzayevin ağır ailə vəziyyətini Əmək və Əhalinin  Sosial müdafiəsi naziri Səlim Müslümovla müzakirə etdikdən sonra nazirin ona qısa zamanda ev tikiləcəyi ilə bağlı vədini yerinə yetirməsindən çox məmun qaldığını bildirib və bununla bağlı artıq təşəkkürünü çatdırdığını da deyib. O Yusif Rzayevin maşınla təmin olunması üçün nazirə müraziət etdiyini də ailənin  diqqətinə çatdırıb və bu məsələnin də öz həllini tapacağına inandığını deyib. Ailə ilə geniş söhbət edən millət vəkili Qənirə Paşayeva eyni zamanda kənddə sağlamlıq imkanları məhdud olan bir sıra xəstələri də ziyarət edib, bəzi xəstələrlə bağlı Rayon Mərkəzi Xəstəxanasına və Səhiyyə nazirliyinə müraciət edib. 


 Cənab Prezidentin Əlimərdanlı kəndi də daxil olmaqla rayon mərkəzindən Kür cayına qədər yol üzərində olan kəndlərin yollarının yüksək səviyyədə təmiri üçün vəsair ayrılmasına göstəriş verdiyini və artıq xeyli işlərin gördüldüyünü deyən millət vəkiili Qənirə Paşayeva bununla minlərlə insanın hər gün üzləşdiyi yol problemlərinin tamamilə öz həllini tapacağını deyib və cənab Prezidentdə bir millət vəkili olaraq kənd sakinlərinin və özünün bir daha təşəkkürünü çatdıracağını deyib. Millət vəkilinin kəndlərdə sakinlərlə görüşü zamanı sakinlər  əsasən ünvanlı sosial yardım, kənd yolları, əkin suvarması suyu ilə bağlı təhcizatın daha da yaxşılaşdırılması, yeni artezian quyularına böyük ehtiyac və bölgədə həyata keçirilməsi nəzərdə tutulan layihələr ilə bağlı öz təklif və fikirlərini bildiriblər, müzakirələr aparıblar. Millət vəkili Qənirə Paşayeva bildirib ki, Tovuzda əhali əsasən kənd təsərrüfatı ilə məşğul olur və əkin sahələrinin zamanında suvarıla bilməsi onlar üçün ən əsas məsələdir. Ötən ilin yayının quraqlıq olduğunu və insanların əkin sahələrinin suvarılmasından böyük əziyyət çəkdiyinin şahidi olduğunu deyən millət vəkili Qənirə Paşayeva sakinlərin bu illə bağlı narahatlığını çox yaxşı anladığını deyib. Cənab Prezidentimiz tərəfindən bu ilin Kənd Təsərrüfatı ili elan olunduğunu diqqət çəkən millət vəkili Qənirə Paşayeva dövlətin bu istiqamətdə insanlara dəstəyini daha da artıracağını deyib.  


Kəndlərdə yeni artezian quzularının qazılması xahişi ilə bir millət vəkili olaraq Su və Meliorasiya naziri Əhməd Əhmədzadəyə müraciət etdiyini və Tovuzda  son bir neçə ildə xeyli sayda artezian quyularının qazıldığını, amma yenə də təlabatın çox  olduğunu  deyən millət vəkili Qənirə Paşayeva bir müddət əvvəl  Su və Meliorasiya naziri Əhməd Əhmədzadə ilə görüşdüyünü, bu məsələni onun diqqətinə çatdıraraq sakinlərin və öz adından xahiş etdiyini deyib və bildirib ki, Bakıya döndükdən sonra nazirdən bu məsələnin qısa zamanda həlli üçün yenidən xahiş edəcək.  Millət vəkili bir sıra vətəndaşları tək-tək dinləyərək, onları narahat edən problemlərlə də bağlı qeydlər apararaq, həll edilməsi istiqamətində köməklik göstərilməsinə çalışacağını bildirib. Seçiciləri ilə görüşdə millət vəkili Qənirə Paşayeva Milli Məclisdə qəbul olunan qərar və qanunlardan, qanunlara edilən əlavə və dəyişikliklərdən də danışıb, sualları cavablandırıb. Millət vəkili Qənirə Paşayeva kənd sakinlərini mənzillərini sığortalanmasına böyük diqqət yetirməyə çağırıb. Son bir neçə ay  ərzindəbir sıra kəndlərdə 10-a yaxın kənd sakininin yandığını və ya qazdan partladığını, ailənin çətin vəziyyətdə qaldığını deyən millət vəkili Qənirə Paşayeva evlərin sığortasının əhəmiyyətindən danışaraq kənd sakinlərini bu məsələyə xüsusi önəm verməyə çağırıb. Millət vəkili eyni zamanda ailələrə uşaqların təhsilə daha da ciddi önəm verməyə də çağırıb.



Xəbər 960 dəfə oxunub.

YAZARLARIMIZ

SEÇİLMİŞ

SON XƏBƏRLƏR