Millət vəkili parlamentin birinci prezidenti ilə köçkün qadınlardan danışıb

Millət vəkili parlamentin birinci prezidenti ilə köçkün qadınlardan danışıb

Millət vəkili Q. Paşayeva Pan-Afrika Parlamentinin birinci prezidenti Gertrude Mongella ilə köçkün qadınlardan danışıb.
 
Aktual.az
xəbər verir ki, millət vəkili Q.Paşayeva Pekində keçirilmiş 4-cü Ümumdünya Qadın Konfransının baş katibi və Pan-Afrika Parlamentinin Birinci prezidenti Gertrude Mongella və onun rəhbərlik etdiyi heyətlə görüşüb. Görüş zamanı millət vəkili Qənirə Paşayeva 
Azərbaycanın bütün istiqamətlərdə Afrika ölkələri ilə əməkdaşlığın inkişafında maraqlı olduğunu deyib. Müzakirələr zamanı millət vəkili ona və rəhbərlik etdiyi heyətə Azərbaycanda qadınların cəmiyyətdə rolunun artırılması istiqamətində görülən işlər və xüsusilə Azərbaycan həqiqətləri ilə bağlı məlumatlar verib. Q.Paşayeva Pekində keçirilmiş 4-cü Ümumdünya Qadın
Konfransının baş katibi və Pan-Afrika Parlamentinin Birinci prezidenti Gertrude Mongellaya Ermənistanın işğal etdiyi Azərbaycan torpaqlarında törətdiyi vandalizm aktları, 1 milyon azərbaycanlının, yüz minlərlə azərbaycanlı qadının  Ermənistanın işğalı nəticəsində öz yurd-yuvalarından qaçqın və məcburi köçkün düşməsi və onların fundamental insan haqlarının bu gün də Ermənistan tərəfindən pozulmaqda davam etməsi, rəsmi İrəvanın yüz minlərlə azərbaycanlı qaçqın və məcburi köçkünün 15 ildən artıqdır ki, öz ev-eşiyinə dönməsinə imkan verməməsi barədə ətraflı məlumatlar verib. O deyib ki, dünyanın harasında yaşamasından asılı olmayaraq bütün qadınlar, xüsusilə də beynəlxalq aləmdə nüfuzlu qadınlar Ermənistanın törətdiyi bu kimi vandalizm aktlarına, körpə uşaqları qətlə yetirməsinə, yüz minlərlə azərbaycanlı qadının Ermənistan tərəfindən pozulmaqda davam edən fundamental insan haqlarına laqeyd, seyrçi qalmamalı və buna qarşı öz etiraz səsini ucaltmalı, azərbaycanlı qaçqın və məcburi köçkün qadınların öz ev- eşiklərinə dönməsi üçün səylərini artırmalıdırlar.  Millət vəkili Pekində keçirilmiş 4-cü Ümumdünya Qadın Konfransının baş katibi və Pan-Afrika Parlamentinin Birinci prezidenti Gertrude Mongella və rəhbərlik etdiyi heyətə Azərbaycan həqiqətlərinə, tarix və mədəniyyətinə, Dağlıq Qarabağ münaqişəsi və Ermənistanın işğal etdiyi Azərbaycan torpaqlarında törətdiyi vandalizm aktlarını, azərbaycanlılara məxsus tarixi-mədəni, dini abidələri, qəbiristanlıqları məhv etməsini özündə əks etdirən materialları, "Azərbaycan həqiqətləri” filmləri kataloqunu da təqdim edib geniş fikir mübadiləsi aparılıb.
 
Aktual.az 
Xəbər 40 dəfə oxunub.

YAZARLARIMIZ

SEÇİLMİŞ

SON XƏBƏRLƏR