Məzahir Pənahov: Seçkiqabağı təşviqat normal şəkildə aparılır

Məzahir Pənahov: Seçkiqabağı təşviqat normal şəkildə aparılır

Milli Məclisə noyabrın 1-nə təyin edilmiş seçkilərdə təşviqat normal şəkildə aparılır.

Aktual.az Trend-ə istinadən xəbər verir ki, Bunu bu gün Mərkəzi Seçki Komissiyasının İnformasiya Mərkəzində keçirilən mətbuat konfransında MSK sədri Məzahir Pənahov seçkiqabağı təşviqatın zəif olması ilə bağlı fikirlərə münasibət bildirərkən deyib.

M.Pənahov qeyd edib ki, bütün dünyada təşviqat prosesi sosial şəbəkələrdə aparılır: “Belə təşviqat əvvəlki seçkilərdən müqayisəolunmaz dərəcədə fərqlənir. Çünki sosial şəbəkələri bütün dünya izləyir. Hesab edirəm ki, Azərbaycandakı seçkiqabağı proses normal gedir”.

Xəbər 462 dəfə oxunub.

YAZARLARIMIZ

SEÇİLMİŞ

SON XƏBƏRLƏR