Meyxanaçı Afaq Aslanı “sürüdü”: “Getsin striptiz klublarda soyunsun"

Meyxanaçı Afaq Aslanı “sürüdü”: “Getsin striptiz klublarda soyunsun

"Nə vaxtsa onun övladı anasının çılpaq şəkillərinə və hamam videolarına baxanda xəcalət çəkəcək.”

Bunu AzNews.az-a açıqlamasında meyxana ifaçısı Samirə müğənni Afaq Aslanın çılpaq soyunmasına münasibətində deyib. Meyxanaçı hesab edir ki, sənət yoxdursa, soyunmaqla heç nə etmək mümkün deyil:

"Soyuna-soyuna hara gedirlər ki? Bir aydan sonra o, kimə lazımdır? Artıq onun hər yerini gördülər. Bundan sonra neyləyəcək? Biz Avropada deyil, Azərbaycanda yaşayırıq. Bizə soyunmaq yaraşmır. Soyunmaq üçün yerlər var-striptiz klublar. Getsinlər nə qədər istəyir orada soyunsunlar.”

Meyxanaçı qeyd edib ki, insanın intim deyilən münasibətləri gizlin qalmalıdır:

"İnsanın intim yerlərini ancaq ailəsi və ona yaxın olanlar görməlidir. Tamaşaçı kiminsə intim yerlərini görməməlidir. Buna heç bir sənət adamının ixtiyarı çatmır.”

Müğənni Afaq Aslan lüt soyunub. O, bununla bağlı sosial şəbəkədə video paylaşıb.
 
Aktual.az
Xəbər 559 dəfə oxunub.

YAZARLARIMIZ

SEÇİLMİŞ

SON XƏBƏRLƏR