Meyvə və tərəvəz bahalaşdı - Yağışa görə

Meyvə və tərəvəz bahalaşdı - Yağışa görə

"Bəzi meyvə və tərəvəz məhsullarının qiymətində artım müşahidə olunur”.

Aktual.az AzNews.az-a istinadən  xəbər verir ki, bu fikirləri iqtisadçı-ekspert Qubad İbadoğlu deyib. O, bunun səbəbini neçə gündür aramsız və yağıntılı keçən hava şəraiti ilə əlaqələndirib: "Kənd təsərrüfatı məhsullarının tədarükü, saxlanması və satışının həyata keçirilməsində çətinliklər yaranıb. Nəticədə meyvə və tərəvəzin topdan və pərakəndə satış qiymətləri əhəmiyyətli dərəcədə bahalaşmaqdadır. Bahalalaşan mallar arasında yüksək qiymət artımları xüsusilə də bostan və tərəvəz məhsullarında, konkret olaraq pomidor, xiyar, badımcan, göy lobya, kartof, kök, çuğundur, sarımsaq, eləcə də göyərti, meyvələrdən isə üzüm, armud, mandarin, şaftalıda müşahidə olunur. Beləliklə də son günlər kəskinləşən mövsümi amillər istehlak qiymətləri indeksinə artırıcı təsir göstərərək, bu il üçün xarakterik olan iki rəqəmli inflyasiyasını geri dönməz edir”.

Q. İbadoğlu qeyd edib ki, 2016-cı ilin yanvar-sentyabr aylarında istehlak məhsullarının və xidmətlərin qiymətləri 2015-ci ilin eyni dövrünə nisbətən 11,2 faiz, o cümlədən ərzaq məhsullarının qiymətləri 12,7 faiz, qeyri-ərzaq məhsullarının qiymətləri 15,9 faiz, əhaliyə göstərilən ödənişli xidmətlərin qiymətləri 5,2 faiz bahalaşıb.

Aktual.az
Xəbər 476 dəfə oxunub.

YAZARLARIMIZ

SEÇİLMİŞ

SON XƏBƏRLƏR