Qətlə yetirib, üzərində hamam tikdilər - Salyanda müəmmalı qətl

Qətlə yetirib, üzərində hamam tikdilər - Salyanda müəmmalı qətl

Salyanda tapılan naməlum kişi meyitinin şəxsiyyəti müəyyənləşdirilib.

"Report”un Aran bürosu xəbər verir ki, meyit Salyan şəhəri Yunis Zərgərli küçəsində keçmiş bələdiyyə sədrinin müavini Rafiq Cavadovun qardaşı Rövşən Cavadova məxsus həyətyanı sahədə aşkarlanıb.

Meyitin 14 ay əvvəl itkin düşmüş 26 yaşlı Qasımov Elçin Mirqələm oğluna aid olduğu məlum olub. Belə ki, E.Qasımov öldürülüb, qeyd olunan ərazidə basdırılıb. Meyitin basdırıldığı yerin üstündə isə hamam tikilib.

Yerli sakinlərin verdiyi məlumata görə, meyitin tapıldığı yerin sahibi Rövşən Cavadov təqribən 1 il əvvəl qəflətən Almaniyaya köçüb və hazırda orada yaşayır.

Hadisə yerinə hüquq-mühafizə orqanlarının əməkdaşları cəlb olunub. Hazırda həmin ərazi mühafizə olunur.
 
Aktual.az
Xəbər 3251 dəfə oxunub.

YAZARLARIMIZ

SEÇİLMİŞ

SON XƏBƏRLƏR