Metroda iki qızın ürəyi getdi

Metroda iki qızın ürəyi getdi

Metronun "Elmlər Akademiyası" stansiyasında bu gün səhər saat saatlarında həyəcanlı anlar yaşanıb.

Trend-in hadisə yerində olan əməkdaşının verdiyi məlumata görə, hadisə metronun "Dərnəgül" stansiyasından "Həzi Aslanov" stansiyasına gedən qatarda səhər saat 9 radələrində baş verib. Qatar xətdə hərəkət edərkən vaqonda olan sərnişinlərdən iki gənc xanımın halı qəfildən pisləşib və onlar bayılıb.

Sərnişinlər metronun "Elmlər Akademiyası" stansiyasında qatardan çıxarılıb. Onlara ilkin tibbi yardım göstərilir.

Xəbər 400 dəfə oxunub.

YAZARLARIMIZ

SEÇİLMİŞ

SON XƏBƏRLƏR