Metroda əlbəyaxa dava düşdü

Metroda əlbəyaxa dava düşdü

Bu gün səhər saatlarında Bakı metrosunda sərnişinlər arasında əlbəyaxa dava olub.

Aktual.az xəbər verir ki, insident metronun `Koroğlu` stansiyasında baş verib.

Qatara minmək istəyən sərnişinlər arasında başlayan söz dueli sonda əlbəyaxa davaya çevrilib. Sərnişinlərin müdaxiləsindən sonra davanın qarşısı alınıb. 

İlkin məlumalara görə, davaya səbəb qatara minərkən gənclərdən birinin digərinin ayağını tapdalaması olub.

Dava qatarın hərəkətinə təsir etməyib. (azvision.a)

Xəbər 739 dəfə oxunub.

YAZARLARIMIZ

SEÇİLMİŞ

SON XƏBƏRLƏR