Mətanət Əsədova canlı yayımda ağladı - Anama görə onu itirdim

Mətanət Əsədova canlı yayımda ağladı - Anama görə onu itirdim

Ötən gün "5/5" verilişinin qonaqlarından biri Mətanət Əsədova olub.

Milli.Az xəbər verir ki, xanım ifaçı digər müğənni qonaq, əməkdar artist Baloğlan Əşrəfovla Rəşid Behbudovun repertuarından "Əziz ana" mahnısını ifa edərkən gözyaşlarını canlı yayımda saxlaya bilməyib. 

Mətanət gözyaşlarının səbəbini belə izah edib:

"Mən hər zaman söz verirəm ki, ağlamayacam. Amma yenə ağlayıram. Bilirsiniz nədir bu? Mən anamla yanaşı o boyda səs itirdim, o boyda sənət itirdim anama görə. Bizdə hamı yerbəyer olmuşdu. Anam mənlə qalırdı. Mən anamı çox sevirdim, indi də sevirəm".
Qeyd edək ki, Mətanətin anası illər öncə dünyasını dəyişib.
 
Aktual.az
Xəbər 771 dəfə oxunub.

YAZARLARIMIZ

SEÇİLMİŞ

SON XƏBƏRLƏR