Messinin toyu oldu - VİDEO

Messinin toyu oldu - VİDEO

Futbol üzrə Argentina millisinin kapitanı, "Barselona" klubunun hücumçusu Lionel Messi iyunun 30-da Argentinada doğma şəhəri olan Rosarioda Antonella Rokuçço ilə evlənib.

Aktual.az Trend-ə istinadən bildirir ki, Messinin toyu ilə əlaqədar şəhərdə əlavə təhlükəsizlik tədbirləri görülüb - 300-dən artıq hüquq-mühafizə orqanlarının əməkdaşları cəlb olunub. Bundan əlavə, mərasim keçirilən otel özəl mühafizəsi firması tərəfindən qorunub.

Lionel Messinin toyuna 260 qonaq dəvət olunub. Rosarioya xüsusilə "Barselona" klubunun oyunçuları Neymar, Luis Suares və Jerar Pike öz həyat yoldaşı - kolumbiyalı müğənni Şakira ilə və Karles Puyol, Serxio Aquero, Qonsalo İquain, Sesk Fabreqas, Xavi və digərləri gəliblər. Mərasimdə həmçinin cütlüyün 2 oğlu və uşaqlıq dostlarıda olub.

Lionel Messi və Antonella Rokuçço toy mərasiminə gələcək qonaqlardan hədiyyə əvəzinə Messinin uşaqlara yardım fonduna ianə etməyi təklif ediblər.

Qeyd edək ki, Lionel Messi Argentina millisi ilə 2008-ci ildə Pekin Olimpiya Oyunlarının qalibi olub, 3 dəfə Dünya Çempionatında iştirak edib və ən yaxşı nəticəsi 2014-cü ildə Dünya Çempionatının gümüş medalı olub. Bu Dünya Çempionatında Lionel Messi turnirin ən yaxşı oyunçusu adına layiq görülüb. Bundan əlavə Messi 3 dəfə Amerika Kubokunun gümüş medalını qazanıb (2007, 2015, 2016).

Klub karyerasında Lionel Messi 8 dəfə İspaniya Preimerasının, 5 dəfə İspaniya Kubokunun, 4 dəfə UEFA Çempionlar Liqasının qalibi olub. Bundan əlavə, Lionel Messi 5 dəfə "Qızıl Top" mükafatına layiq görülüb.


Xəbər 639 dəfə oxunub.

YAZARLARIMIZ

SEÇİLMİŞ

SON XƏBƏRLƏR