Messi futboldan gedir?

Messi futboldan gedir?

"Barselona" və Argentina milli komandasının təcrübəli futbolçusu Lionel Messi karyerasını sonlandırması ilə bağlı sualları cavablandırıb.

Aktual.az  xəbər verir ki, ulduz bu suala aydınlıq gətirməyin çətin olduğunu deyib:
"Hələ nə qədər yaşıl meydanda olacağımı bilmirəm, amma ümid edirəm ki, çox qalacağam. Hər ötən gün mənim futbola dair arzularım və coşğunluğum böyüyür. Hələ yerinə yetirmək istədiyim hədəflərim var. Daha çox kubok, daha çox qol... İndi özümü çox yaxşı hiss edirəm və futboldan imtina etməyəcəyəm. Bu məsələ haqqında düşünməyin vaxtı bir gün gələcək. Ancaq hələ tezdir".

"Barselona"nın baş məşqçisi Ernesto Valverde də Messinin komanda üçün əhəmiyyətindən bəhs edib və futboldan getməyin onun üçün erkən olduğunu deyib.
Qeyd edək ki, Messi professional karyerasına 2003-cü ildə başlayıb. (publika.az)
Xəbər 621 dəfə oxunub.

YAZARLARIMIZ

SEÇİLMİŞ

SON XƏBƏRLƏR