Məşhur xəbər aparıcısı qəzaya düşdü: vəziyyəti ağırdır

Məşhur xəbər aparıcısı qəzaya düşdü: vəziyyəti ağırdır
  • DÜNYA

Türkiyənin "CNN Türk" telekanalının idman xəbərlərinin məşhur aparıcısı Caner Karaer Sarıyerdə keçirdiyi yol qəzasında ölümdən dönüb.

Milli.Az Milliyet-ə istinadən xəbər verir ki, ötən gün saat 11.30 radələrində Caner Karaer şəxsi avtomobili ilə hərəkətdə olarkən onunla eyni istiqamətdə şütüyən avtobus aparıcının maşınına çırpılıb. Qəza nəticəsində xəsarət alan aparıcı təcili tibbi yardım tərəfindən çatdırıldığı Okmeydanı Təhsil və Araşdırma Xəstəxanasında dərhal əməliyyat olunub.

Caner Karaerin qayının açıqlamasında "Karaer daxili qanaxma səbəbiylə əməliyyata alınıb. Bədəninin müxtəlif yerlərində qırıqlar mövcuddur. Hal-hazırda reanimasiyada saxlanılır" deyib

Aktual.az
Xəbər 272 dəfə oxunub.

YAZARLARIMIZ

SEÇİLMİŞ

SON XƏBƏRLƏR