Məşhur rəssamın oğurlanmış əsəri tapıldı

Məşhur rəssamın oğurlanmış əsəri tapıldı
  • DÜNYA

Məşhur ispan rəssamı Salvador Dalinin oğurlanmış əsəri tapılıb.

Publika.az xəbər verir ki, S.Daliyə məxsus olduğu iddia edilən "Missis Rivz" adlanan portret Livanda tapılıb.
Sənət əsərlərinin qaçaqmalçılığı ilə məşğul olan dəstə Livanın xüsusi təyinatlı xidmət orqanları tərəfindən saxlanılıb. Əsərin Livanla qonşuluqda olan ölkələrdən birindən oğurlandığı ehtimal olunur. Portretin milyonlarla dollar qiyməti olduğu deyilib.
Beynəlxalq ekspertlər yaxın günlərdə əsərin orijinal olub-olmadığını müəyyən edəcəklərini deyiblər. Əsərdə rəssamın şəxsi yaradıcılığına xas motivlərin olması mütəxəssisləri çaşdırıb.
 
Aktual.az
Xəbər 402 dəfə oxunub.

YAZARLARIMIZ

SEÇİLMİŞ

SON XƏBƏRLƏR