Məşhur müğənni xəstəxanaya yerləşdirildi

Məşhur müğənni xəstəxanaya yerləşdirildi

Müğənni Beyons xəstəxanaya yerləşdirilib. 

Aktual.az axşam.az-a istinadən bildirir ki, əkiz anası olmağa hazılraşan 35 yaşlı ifaçı artıq doğum evinə aparılıb. Reper Cey Zi ilə ailəli olan Beyons və onun komandası üçün xəstəxananın bir mərtəbəsi tamamilə boşaldılıb. Digər hamilə qadınlar başqa korpusa köçürülüb.

Bundan başqa, Los-Ancelesdə yerləşən xəstəxananın mühafizə sistemi gücləndirilib. 

Qeyd edək ki, bir neçə gün bundan əvvəl mediada Beyonsun evində doğuş üçün palata hazırlatdığı və bütöv bir tibbi heyətin onun qulluğunda durduğu yazılmışdı. Lakin müğənni sonradan fikrini dəyişərək xəstəxanaya yerləşmək qərarına gəlib.
 
Aktual.az
Xəbər 594 dəfə oxunub.

YAZARLARIMIZ

SEÇİLMİŞ

SON XƏBƏRLƏR