Məşhur “çekisti” öldü

Məşhur “çekisti”   öldü

Keçmiş SSRİ-nin və Rusiyanın məşhur siyasi xadimi, jurnalist, ərəb dili üzrə şərqşünas alim, akademik Yevgeni Maksimoviç Primakov dünyasını dəyişib.

AzNews.az xəbər verir ki, bu haqda məlumatı Lifenews telekanalı yayıb.
Məlumata görə, 86 yaşlı siyasətçi Moskvada ölüb. 

Qeyd edək ki, Primakov 1929-cu il oktyabr ayının 29-də Kiyev şəhərində anadan olub.

O, 1991-1996-cı illərdə Rusiyanın xarici kəşfiyyat idarəsinə rəhbərlik edib.

Primakov 1989-1990-ci illərdə SSRİ Ali Sovetinin sədri, 1996-1998-ci illərdə Rusiyanın xarici işlər naziri, 1998-1999-cu illərdə isə Rusiyanın Baş naziri vəzifələrini daşıyıb.

Uşaqlıq illərini Borçalıda keçirən və Bakıda hərbi-dəniz hazırlıq məktəbinin kursantı olan Primakov İraqın devrilən lideri Səddam Hüseynin və kürd üsyançılarının rəhbəri Məsud Bərzaninin yaxın dostu olub.

Anası yəhudi (Anna Kirşenblat), həyat yoldaşı (Laura Xaradze - “NKVD”nin generalı Qvişianinin qızlığı) gürcü olan Primakovun atası haqda heç bir bilgi yoxdur.

Aktual.az

 
Xəbər 888 dəfə oxunub.

YAZARLARIMIZ

SEÇİLMİŞ

SON XƏBƏRLƏR