Mərkəzi Univermaqdan qızıl oğurlayan tutuldu

Mərkəzi Univermaqdan qızıl oğurlayan tutuldu

Bakıda Mərkəzi Univermaqdan qızıl üzük oğurlayan şəxs tutulub.

Aktual.az  DİN-ə istinadən xəbər verir ki, martın 7-də Səbail rayonu ərazisindəki Mərkəzi Univermaqda köşklərdən birindən 2900 manat dəyərində qızıl üzük oğurlanıb.

Hadisəni törətməkdə şübhəli bilinən paytaxt sakini Fuad Abbasov Səbail Rayon Polis İdarəsi 9-cu Polis bölməsi və Rayon Mühafizə İdarəsi əməkdaşlarının keçirdikləri tədbirlər nəticəsində tutulub.
 
Aktual.az 
Xəbər 542 dəfə oxunub.

YAZARLARIMIZ

SEÇİLMİŞ

SON XƏBƏRLƏR