“Mercedes-Benz” 351 min avtomobili geri çağırır

“Mercedes-Benz” 351 min avtomobili geri çağırır
  • DÜNYA

Almaniyanın məşhur avtomobil istehsalçısı "Daimler-Benz” Çin bazarından 351 min 218 avtomobili hava yastıqlarındakı qüsurla əlaqədar geri çağırır

Azərtac Çinin Keyfiyyətə Nəzarət, Təftiş və Karantin Baş Administrasiyasının məlumatına istinadla xəbər verir ki, geri çağırılan avtomobillər 2006-2012-ci ildə Çində istehsal olunan və xaricdən idxal edilən "Mercedes-Benz” avtomobilləri, o cümlədən "SLK-Class” və "GLK-Class” modelləridir. Məlumata əsasən, həmin avtomobillərdəki hava yastıqları Yaponiyanın "Takata” şirkətinin istehsalıdır.
Avtomobillərin geri çağırılmasına oktyabrın 15-dən başlanacaq və qüsurlar istehsalçı şirkətin hesabına aradan qaldırılacaq.
 
Aktual.az
Xəbər 377 dəfə oxunub.

YAZARLARIMIZ

SEÇİLMİŞ

SON XƏBƏRLƏR