Meningitdən ölən azərbaycanlı aktrisa Türkiyədə kimsəsizlər qəbiristanlığında DƏFN OLUNACAQ

Meningitdən ölən azərbaycanlı aktrisa Türkiyədə kimsəsizlər qəbiristanlığında DƏFN OLUNACAQ

"Mila Əminənin nəşi Türkiyədə torpağa tapşırılacaq".

Bu sözləri Publika.az-a aktrisanın yaxın dostu Sevinc Şirinova deyib. Onun sözlərinə görə, buna səbəb cəsədin Türkiyədən Azərbaycana gətirilməsi üçün kifayət qədər vəsaitin olmamasıdır: "Mətbuata çox təşəkkür edirəm ki, rəfiqəmin faciəsini işıqlandırır. Çünki Milanın ən yaxınları, qohumlarının çoxu hələ də hadisədən xəbərsizdirlər.
Milanın anası hazırda şok keçirir. Buna görə də onun nə süni nəfəs aparatından ayrılmasına, nə də orqanlarının bağışlanmasına icazə verilir. Anası Türkiyə vətəndaşı olduğu üçün rəfiqəmin nəşi oradakı kimsəsizlər qəbiristanlığında basdırılacaq. Ancaq biz bunu istəmirik. Cəsədin təyyarə ilə ölkəyə gətirilməsi üçün 5000 manat vəsait tələb edilir. Buna görə də imkanlı şəxslərə müraciət edərək kömək istəyirəm ki, heç olmasa, Milanın məzarı bizim yanımızda olsun”.
 
Aktual.az
Xəbər 819 dəfə oxunub.

YAZARLARIMIZ

SEÇİLMİŞ

SON XƏBƏRLƏR