“Məni bəzən Elmar Məmmədyarovla qarışdırırlar” - Çavuşoğlu

“Məni bəzən Elmar Məmmədyarovla qarışdırırlar” - Çavuşoğlu

"Azərbaycanın xarici işlər naziri Elmar Məmmədyarovla xarici görünüşcə oxşar olduğumuzdan bəzən bizi qarışdırırlar”.

"Report” "gazetevatan”a istinadən xəbər verir ki, bunu Türkiyənin xarici işlər Mövlud Çavuşoğlu xarici ölkələrdən olan həmkarları ilə münasibətindən danışarkən bildirib.
"Latın Amerikası, Körfəz ölkələrində "brother” (qardaş) dediklərimiz var. Azərbaycanın xarici işlər naziri Elmar Məmmədyarovla xarici görünüşcə oxşar olduğumuzdan bəzən bizi qarışdırırlar. Toplantılarda Azərbaycana aid suallar verirlər. Əvvəllcə elə bilirdim ki, türk oldğum üçün bu sualı verirlər. Ancaq sonra da Elmarla qarışdırldığımı bildim. Ona da təyyarədə Türkiyə ilə bağlı suallar verirblər. Özbəkistanın xarici işlər naziri Əbdüləziz Kamilovla çox yaxşı münasibətimiz var. Çinlilər çox rəsmidir. Ancaq Çinin xarici işlər naziri Vang Yi çoxdandır mənə "brother” (qardaş) deyir” - deyə, nazir vurğulayıb.

Aktual.az
Xəbər 472 dəfə oxunub.

YAZARLARIMIZ

SEÇİLMİŞ

SON XƏBƏRLƏR