Məmmədov YAP-dakı vəzifəsindən qovuldu

Məmmədov YAP-dakı vəzifəsindən qovuldu

"Aztelekom" İstehsalat Birliyinin sabiq baş direktoru Məhəmməd Məmmədov YAP-dan öz ərizəsi ilə azad olunub.

Aktual.az YAP-ın saytına istinadən xəbər verir ki, Baş Prokuror yanında Korrupsiyaya qarşı Mübarizə Baş İdarəsi tərəfindən Rabitə və Yüksək Texnologiyalar Nazirliyi sistemində həyata keçirilən yoxlamalar nəticəsində barəsində həbs qətlimkan tədbiri seçilən nazirliyin "Aztelekom" İstehsalat Birliyinin baş direktoru Məhəmməd Məmmədov Yeni Azərbaycan Partiyası Mərkəzi Nəzarət-Təftiş Komissiyasının sədrliyindən sözügedən yoxlamaların və istintaqın başlaması ilə əlaqədar YAP strukturlarında tutduğu vəzifədən azad olunmaq barədə ərizə ilə müraciət edib.

Məlumatda qeyd olunur ki, hazırda M.Məmmədov YAP-ın Mərkəzi Nəzarət-Təftiş Komissiyasının sədri vəzifəsini daşımır.

Xəbər 868 dəfə oxunub.

YAZARLARIMIZ

SEÇİLMİŞ

SON XƏBƏRLƏR