MÜƏMMA: İran porno saytları əngəllədi...dünya internetsiz qaldı

MÜƏMMA: İran porno saytları əngəllədi...dünya internetsiz qaldı
  • DÜNYA

İran 7 yanvardan etibarən porno məzmunlu 250-dən çox sayta girişi əngəlləmək üçün Border Gateway Protocol adlı vasitədən istifadə edib.

Cebhe.info xarici mətbuata isitnadən bildirir ki, bu sistemdən istifadə beynəlxalq aləmdə internetdən istifadəyə dair problemlərə səbəb olub.

Belə ki, Rusiya, Hindistan, Honq-Konqda internetdə problemlər özünü göstərib. Problemi araşdıran telekom nümayəndələri İranın istifadə etdiyi sistemin təsirini vurğulayıb.

Problem 28 saat ərəzində aradan qaldırılıb, ancaq bu məsələ dünyada internet təminatı ilə bağlı bir sıra suallar yaradıb. Ən narahatlıqverici məqam isə kənar müdaxilə nəticəsində intenret təminatında dərhal problem yaranması və internet təhlükəsizliyi ilə bağlı vəziyyətin heç də standartlara cavab verməməsi olub.

"The Verge”ə müsahibəsində internet araşdırmaçısı Kollin Anderson müəmmalı məqamların oluğuna diqqət çəkib: "İranın istifadə etdiyi sistem yırtıcı senzura sistemi deyil. Buna görə də həmin sistemdən istifadə nəticəsində yaranan vəziyyətin qəza olduğu, yoxsa qəsdən edildiynə dair araşdırmaya ehtiyac var”.
 
Aktual.az
Xəbər 906 dəfə oxunub.

YAZARLARIMIZ

SEÇİLMİŞ

SON XƏBƏRLƏR