Məktəblinin intihara cəhdinin təfərrüatları: “Müəlliminin danlağından bezdi…”

Məktəblinin intihara cəhdinin təfərrüatları: “Müəlliminin danlağından bezdi…”

Ağdaş rayonunda 10-cu sinif şagirdinin intihara cəhd etməsinin bəzi təfərrüatları məlum olub.

Rayonun Cardam kənd sakinlərinin AzNews.az-a verdiyi məlumata görə, Tunar Salehovun özünü öldürmək istəməsinə səbəb müəllimi ilə aralarında yaranan mübahisə olub:

Tunar Salehovun atası müəllimdir. Bayram Salehov müntəzəm şəkildə oğlunu danlayırmış. Yəni, ondan dərs oxumağını tələb edirmiş. Tunar da cavabında "oxuyuram, amma beynimdə qalmır” deyib. Atasının bu tələbindən bezən Tunar qərara alıb ki, özünü assın. İndi Tunarın vəziyyəti yaxşıdır.

Ağdaş Mərkəzi Rayon Xəstəxanasının reanimasiya şöbəsindən də Tunar Salehovun vəziyyətinin yaxşı olduğunu vurğuladılar.

Ağdaşda intihara cəhd hadisəsi baş verib. Rayonun Cardam kəndi sakini, 2002-ci il təvəllüdlü Salehov Tunar Bayram oğlu yaşadığı evin həyətindəki yardımçı tikilidə özünü kəndirlə asaraq intihara cəhd edib.
 
Aktual.az
Xəbər 202 dəfə oxunub.

YAZARLARIMIZ

SEÇİLMİŞ

SON XƏBƏRLƏR