Məktəblilər arasında şəkərli diabet xəstəliyinin yayılmasında artım var

Məktəblilər arasında şəkərli diabet xəstəliyinin yayılmasında artım var

"Dünya üzrə olan artıma uyğun olaraq Azərbaycanda da məktəb yaşlı uşaqlar arasında  şəkərli diabet xəstəliyinin yayılmasında artım mövcuddur".
 
APA-nın xəbərinə görə, bunu Respublika Endokrinoloji Mərkəzinin endokrinoloqu, Azərbaycan  Diabet Liqasının sədri Yeganə Sultanova 14 Noyabr Ümumdünya Diabet gününə həsr edilmiş brifinqdə deyib.
 
Y.Sultanova bildirib ki, məktəb yaşlı uşaqlar arasında  əsasən I tip diabet qeydə alınır: "Bu uşaqlar insulindən asılı yaşayırlar".
 
Y.Sultanova qeyd edib ki, 1-ci tip şəkərli diabetin əlamətləri çox qabarıq olur: "Bu halda insulin heç çatışmır. Əgər uşaq çox maye qəbul edirsə, tualetə tez-tez gedirsə, axşam yerini isladırsa, kəskin arıqlayıbsa, zəifləmə və iştahasızlığı varsa, valideyn mütləq həkimə müraciət etməlidir. Vaxtında müraciət  edilsə, müalicənin effekti də yaxşı olacaq".
 
Aktual.az
Xəbər 280 dəfə oxunub.

YAZARLARIMIZ

SEÇİLMİŞ

SON XƏBƏRLƏR