Məktəblilər arasında bıçaqlanma - Bakıda - YENİLƏNİB

Məktəblilər arasında bıçaqlanma - Bakıda - YENİLƏNİB

Məktəbin direktoru Bənövşə Cəfərova hazırda şagirdlərin valideynlərinin məktəbdə olduğunu deyib:

"Səhər 07:40 radələrində məktəbin pilləkənlərində iki sinif yoldaşı dalaşıb. Uşaqların valideynləri də indi məktəbdədir, uşaqların ikisi ilə də danışmışıq. Heç özləri də bilmir nə üstdə dalaşıblar. Xəsarət alan şagirdimizin də vəziyyəti yaxşıdır. İki uşaqdı da dalaşıb”. //Publika.az

***
Binəqədi rayonu Sulutəpə qəsəbəsində yerləşən 217 saylı orta məktəbin həyətində bıçaqlanma hadisəsi qeydə alınıb.

Bu gün səhər saat 8 radələrində, dərs başlamamışdan 9-cu sinif şagirdi Musayev Nemət Afiyəddin oğlu öz sinif yoldaşı Əmənov Elturan Elçin oğluna bıçaqla xəsarət yetirib.
Yaralı təcili tibbi yardım maşını ilə 1 saylı Şəhər Kliniki Xəstəxanasına aparılıb. Hadisəni törədən məktəbli isə Binəqədi Rayon Polis İdarəsinin 40-cı polis bölməsinin əməkdaşları tərəfindən dindirilmək üçün bölməyə aparılıb.
Faktı məktəbin direktor müavini Zərifə Yusifova da təsdiq edib. O bildirib ki, hər iki məktəbli tərbiyəli şagird kimi xarakterizə olunur. Hadisə onlar aralarında yaranmış şəxsi mübahisə zəminində baş verib. (salamnews)
 
Aktual.az
Xəbər 653 dəfə oxunub.

YAZARLARIMIZ

SEÇİLMİŞ

SON XƏBƏRLƏR