Məktəblərdə şagirdlərin tədqiqat aparması üçün imkanlar yaradılır

Məktəblərdə şagirdlərin tədqiqat aparması üçün imkanlar yaradılır

Azərbaycanda orta məktəblər zəruri avadanlıqlarla təmin edilir, internetə qoşulur, bununla da şagirdlərin tədqiqat aparması üçün imkanlar yaradılır.

Aktual.az  Trend-ə istinadən bildirir ki, bunu bu gün "Sabahın alimləri" 6-cı Respublika Müsabiqəsinin açılış mərasimində çıxış edən təhsil naziri Mikayıl Cabbarov deyib.

"Sabahın alimləri" müsabiqəsinə ölkə miqyasında marağın artdığını deyən nazir əlavə edib ki, məktəblərdə tədqiqatyönümlü fəaliyyətlə məşğul olan şagirdlərin də sayı ildən-ilə artır: "Bu gün müsabiqədə iştirak edən şagirdlər gələcəkdə ali məktəblərin Sabah qruplarında təhsil ala bilərlər. Onlar gələcəyin alimləri ola bilərlər".

Nazir bildirib ki, "Sabahın alimləri" müsabiqəsində iştirak edən şagirdlərin nailiyyətləri TN tərəfindən qiymətləndirilir.

Onun sözlərinə görə, məlum olub ki, ötən il ümumtəhsil müəssisələrini qızıl və ya gümüş medallar bitirmiş 158 məzundan 38-i son 4 ilfə keçirilmiş "Sabahın alimləri" müsabiqəsinin qalibləri və ya iştirakçıları olub. Hazırda onlar Azərbaycanın və xarici ölkələrin universitetlərində təhsil alırlar.

Azərbaycan Milli Elmlər Akademiyasının prezidenti Akif Əlizadə bildirib ki, "Sabahın alimləri" müsabiqəsinin iştirakçıları AMEA-nın imkanlarından da yararlana bilərlər: "AMEA-nın 40-dan çox elmi müəssisəsi var. Bu müəssisələrin qapıları sizə açqıdır. Biz sizi akademiyaya dəvət edirik".

"Sabahın alimləri" müsabiaəsinin bu il 6-cı dəfə keçirildiyini deyən A.Əlizadə qeyd edib ki, əsas məqsəd müsabiqədə qalib olmaq deyil: "Gənclərin kiçik uğura imza atması da mənəvi baxımdan əhəmiyyətlidir. Ola bilər ki, onlar elə o uğurla elmi tədqiqatlar aparmağa həvəslənsinlər".
 
Aktual.az 
Xəbər 463 dəfə oxunub.

YAZARLARIMIZ

SEÇİLMİŞ

SON XƏBƏRLƏR