Məktəbdəki yanğınla bağlı — Rəsmi açıqlama

Məktəbdəki yanğınla bağlı   — Rəsmi açıqlama

Bakı Şəhəri üzrə Təhsil İdarəsi 95 nömrəli tam orta məktəbdə baş vermış yanğınla bağlı məlumat yayıb.

Bakı Şəhəri üzrə Təhsil İdarəsinin (BŞTİ) mətbuat xidmətindən bildirilib ki, məktəbdə olan bütün şagird və müəllimlər, texniki heyət təxliyyə olunub. Hadisə yerinə Fövqəladə Hallar Nazirliyinin yanğınsöndürmə briqadaları cəlb olunub və yanğın artıq söndürülüb. Xəsarət alan yoxdur.

Hazırda Bakı Şəhəri üzrə Təhsil İdarəsinin rəhbərliyi və əməkdaşları hadisə yerindədir. Təfərrüatlar araşdırıldıqdan sonra əlavə məlumat veriləcək. 

Xəbər 296 dəfə oxunub.

YAZARLARIMIZ

SEÇİLMİŞ

SON XƏBƏRLƏR