“Məktəbdə baş verən yanğının dəqiq səbəbi məlum deyil” - İcra başçısı

“Məktəbdə baş verən yanğının dəqiq səbəbi məlum deyil”  - İcra başçısı

Xətai Rayon İcra Hakimiyyətinin başçısı Razim Məmmədov rayonun Qaçaq Nəbi küçəsi 91 ünvanında yerləşən Ayaz Məhərrəmov adına 95 saylı tam orta məktəbdə yanğın baş verən əraziyə gedib.

Aktual.az Report-a istinadən xəbər verir ki, hadisə yerində olan əməkdaşının verdiyi məlumata görə, icra başçısı son durumla maraqlanıb.

İcra başçısı jurnalistlərə açıqlamasında bildirib ki, hazırda hadisənin başvermə səbəbləri araşdırılır: "Hələ ki, dəqiq səbəbi bəlli deyil. Məktəbə dəyən ziyanın smetası çıxarılacaq, fəsadlar aradan qaldırılacaq".

Qeyd edək ki, Bu gün səhər saatlarında Bakı şəhəri, Xətai rayonunun Qaçaq Nəbi küçəsi 91 ünvanında yerləşən Ayaz Məhərrəmov adına 95 saylı tam orta məktəbdə yanğın hadisəsi baş verib. Fövqəladə Hallar Nazirliyinin mətbuat xidmətinin rəhbəri Oqtay Bayramov bildirib ki, Yanğın hadisəsi məktəbin ibtidai sinfin şagirdlərinin dərs keçdiyi korpusda qeydə alınıb: "Məktəbin giriş hissəsindəki otaqlardan birində mebel yanıb. Yanğının baş verməsinin səbəbləri araşdırılır. Şagirdlər dərhal hadisə yerindən təxliyyə olunub. Xəsarət alan yoxdur”.

Xəbər 348 dəfə oxunub.

YAZARLARIMIZ

SEÇİLMİŞ

SON XƏBƏRLƏR