Məktəbdə 14 yaşlı şagird öldü – Göygöldə

Məktəbdə 14 yaşlı şagird öldü –   Göygöldə

Göygöl rayonunda məktəbli bədbəxt hadisə nəticəsində həlak olub.

Aktual.az APA-ya istinadən xəbər verir ki, hadisə rayonun Çaykənd kəndində baş verib. Kənd sakini, 2001-ci il təvəllüdlü Eldənizli Xanəli Niyazi oğlu məktəb stadionunda futbol oynayarkən meydançada olan qapının dəmir borusu onun üzərinə düşüb. Müxtəlif bədən xəsarətləri alan məktəbli Gəncə şəhər Təcili Tibbi Yardım Xəstəxanasına yerləşdirilib. 14 yaşlı məktəbli xəstəxanada ölüb.

Faktla bağlı hüquq-mühafizə orqanları tərəfindən araşdırma aparılır.

Xəbər 660 dəfə oxunub.

YAZARLARIMIZ

SEÇİLMİŞ

SON XƏBƏRLƏR