'Mehriban Əliyevanın fəaliyyəti əhalinin sosial rifahının yaxşılaşdırılmasına hesablanıb' - Azər Verdiyev

'Mehriban Əliyevanın fəaliyyəti əhalinin sosial rifahının yaxşılaşdırılmasına hesablanıb' - Azər Verdiyev

Aktual.az xəbər verir ki, bu barədə Qlobal Araşdırmalar Liqası İB-nin sədri Azər Verdiyev Referendumdan sonra yaranan Vitse-Prezidentlik instutunun ölkəmiz üçün qısa zaman kəsiyində gördüyü işləri şərh edərkən deyib: 'Referendum Prezident İlham Əliyevin qeyd etdiyi kimi xalqımızın həyatında, ölkəmizin taleyində mühüm rol oynadı. Vitse-Prezidentlik İnstitutu sözün əsl mənasında ciddi dönüş yaradıbdır. 1Vitse-Prezident Mehriban xanım Əliyeva fəaliyyətinin böyük bir qismini xalqın sosial rifahının yaxşılaşdırmasına həsr edib. Bu işdə Mehriban xanımın peşəkar komandasının da rolu əvəzsizdir. Altay Həsənov kimi peşəkar kadrın 1Vitse-Prezidentin katibliyinə rəis təyin edilməsi artıq gələcək uğurlardan xəbər vermiş olur. Etiraf etmək lazımdır ki, regionlarda ən mühüm problem işsizliklə bağlıdır. Bu istiqamətdə son 10 ildə ciddi işlər görülübdü. Aparılan uğurlu sosial siyasət nəticəsində işsizlərin sayı minimuma enibdir. Lakin dünyada baş verən elmi, texnoloji inqilablar, yeniliklər dövlətlərdə daha çevik, daha effektiv sistemin qurulmasını zəruriləşdirir. Vitse-Prezidentlik institutu dünyada baş verə yeniliklərə adekvat və effektiv reaksiya vermək imkanına malikdir. Bu da öz növbəsində ölkəmizin gələcəyi üçün müsbət məqamlar vəd edəcəkdir. Hesab edirəm bu prosesdə vətəndaş cəmiyyəti kifayət qədər fəal olmağı bacarmalıdırlar.'
Xəbər 386 dəfə oxunub.

YAZARLARIMIZ

SEÇİLMİŞ

SON XƏBƏRLƏR