Məhkəmə hakimlərinin təyinatında YENİ QAYDA

Məhkəmə hakimlərinin təyinatında YENİ QAYDA

Azərbaycanda məhkəmə hakimliyi vəzifəsinə təyin edilmə qaydaları dəyişdirilir.

Aktual.az  Trend-ə istinadən bildirir ki, bu barədə məsələ Milli Məclisin bu gün keçirilən iclasında müzakirəyə çıxarılan "Məhkəmələr və hakimlər haqqında" qanuna təklif edilən dəyişiklikdə öz əksini tapıb.

Qanunun 93-cü maddəsinə təklif edilən dəyişikliyə əsasən, "hakim adı ilə bir araya sığmayan hərəkətlərə yol verdiyinə görə vəzifədən azad edilmiş" sözləri "barəsində cinayət təqibinə bəraətverici əsaslar olmadan xitam verilmiş, hakim vəzifəsindən intizam qaydasında azad edilmiş" sözləri ilə əvəz edilir.

Maddə 93-3-ə təklif olunan əlavədə isə bildirilir ki, qanunun 96-cı (Hakimlərin səlahiyyət müddəti) maddəsinin birinci hissəsində nəzərdə tutulmuş qiymətləndirmə nəticəsində səlahiyyətləri uzadılmamış şəxslər 5 il müddətində hakim vəzifəsinə namizədlərin seçilməsi üçün imtahanda iştirak edə bilməzlər.
 
 
Aktual.az
Xəbər 352 dəfə oxunub.

YAZARLARIMIZ

SEÇİLMİŞ

SON XƏBƏRLƏR