"MedicalPark”ın təşkilatçılığı ilə Bakıda tibbi konfrans keçirildi - FOTOLAR


Türkiyənin "MedicalPark” xəstəxanasının təşkilatçılığı Bakıda "Müasir Neyrocərrahiyə, Gamma Knife və Şüa Terapiyası” mövzusunda konfrans keçirilib.

 

Türkiyənin 17 şəhərində 27 xəstəxanaya sahib olan "MedicalPark” xəstəxanasınıntəşkilatçılığı ilə 18 may tarixində tibbi konfrans baş tutub.

 

Konfransı açılış sözü ilə açan "MedicalPark” xəstəxanasının Azərbaycan nümayəndəliyinin rəhbəri, "Healthis Assistance” tibbi turizm şirkətinin rəhbəri, Azərbaycanda səhiyyə turizmi sahəsində tanınmış ekspert Sənan Quliyev konfransın əhəmiyyətindan danışıb. O, Azərbaycan səhiyyəsinin dünyaya inteqrasiya etməsi üçün Türkiyə praktikasının önəmindən danışıb. S. Quliyev bundan öncə olduğu kimi gələcəkdə də Bakıda beynəlxalq tibbi konfranların keçiriləcəyini deyib.

 

Konfransda beyin cərrahı və Gamme Knife uzmanı, Bahçeşehir Universitetinin tibb fakültəsinin dekanı və eyni zamanda dünyaca məşhur Harvard Universitetinin professoru Prof.DR. Türkəl Qılıç çıxış edərək beyin şişlərindən əziyyət çəkən xəstələrə tədbiq edilən yeni "Gamme Knife” haqqında həkimlərə geniş məlumat verib.

Konfransda şüa terapiya uzmanı Prof.Dr. Berrin Pəhləvan və onurğa cərrahiyyəsi uzamanı Prof.Dr.Dəniz Konya da iştirak edərək geniş təqdimat edib.

 

 

Konfransdan sonra baş beyin, onurğa beyin şişlərindən əziyyət çəkən, şüa terapiyası və ya Gamma Knife təyin edilən xəstələr PULSUZ tibbi konsultasiya ediliblər.

Sonda konfransda iştirak edən həkimlərə sertifikat təqdim edilib.

 

"MedicalPark” xəstəxanasının Azərbaycan nümayəndiliyi

Ünvan: Azadlıq prospekti 141 A, Dostluq parkı

012-441-19-35, 051-588-87-86

 


 







 



Xəbər 400 dəfə oxunub.

YAZARLARIMIZ

SEÇİLMİŞ

SON XƏBƏRLƏR