MDB İcraiyyə Komitəsinin sədri İlham Əliyevi təbrik etdi

MDB İcraiyyə Komitəsinin sədri İlham Əliyevi təbrik etdi

MDB İcraiyyə Komitəsinin sədri-icraçı katibi Sergey Lebedev Azərbaycan prezidenti İlham Əliyevi ad günü münasibəti ilə təbrik edib. 

Aktual.az-ın məlumatına görə, təbrik məktubunda deyilir:

“Möhtərəm İlham Heydər oğlu,

Doğum gününüz münasibətilə Sizi Müstəqil Dövlətlər Birliyinin İcraiyyə Komitəsi adından və şəxsən öz adımdan ürəkdən təbrik edirəm.

Siz haqlı olaraq, dövlət idarəçiliyi sahəsində çoxillik təcrübəyə malik uzaqgörən siyasi xadim və müdrik rəhbər hesab edilirsiniz. Sizin rəhbərliyiniz ilə Azərbaycan Respublikası cəmiyyət həyatının bütün sahələrinin təkmilləşdirilməsi və modernləşdirilməsi yolu ilə ardıcıl olaraq irəliləyir.

Ölkənizin beynəlxalq aləmdə artan nüfuzu və dünyada baş verən proseslərə münasibətdə onun fəal mövqeyi Sizin adınız ilə bağlıdır.

Birlik ölkələrində Sizi sülhün və qarşılıqlı anlaşmanın qorunub saxlanmasına yönəlmiş konstruktiv və bərabərhüquqlu beynəlxalq əməkdaşlığın tərəfdarı kimi yaxşı tanıyır və yüksək qiymətləndirirlər.

Əmin olduğumu bildirirəm ki, Sizin siyasi iradəniz və qətiyyətli mövqeyiniz bundan sonra da iqtisadi cəhətdən güclü və inkişaf etmiş dövlətin yaradılmasına kömək edəcək, bizim Müstəqil Dövlətlər Birliyi çərçivəsində əldə edilmiş razılaşmaların həyata keçirilməsinə yönəlmiş birgə səylərimiz MDB iştirakçısı olan dövlətlərin rifahı naminə daha sanballı praktiki nəticələrə gətirib çıxaracaq.

Möhtərəm İlham Heydər oğlu, Sizə möhkəm cansağlığı, firavanlıq və ali dövləti fəaliyyətinizdə uğurlar arzulayıram”. 

Aktual.az

Xəbər 453 dəfə oxunub.

YAZARLARIMIZ

SEÇİLMİŞ

SON XƏBƏRLƏR