Mayın 19-dək müşahidə olunacaq hava şəraiti açıqlandı

Mayın 19-dək müşahidə olunacaq hava şəraiti açıqlandı

"May ayının 19-dək ölkə ərazisində hava şəraitinin sabit, gün ərzində əsasən yağmursuz keçəcəyi gözlənilir".

Bunu "Report”a açıqlamasında Ekologiya və Təbii Sərvətlər Nazirliyinin Milli Hidrometeorologiya Departamentinin Hidrometeoroloji Proqnozlar Bürosunun direktoru Gülşad Məmmədova deyib.
O bildirib ki, növbəti günlərdə günün birinci yarısında, əsasən də dağlıq ərazilərdə qısamüddətli yağış yağacağı ehtimal olunur: "Havanın temperaturunun tədricən yüksələcəyi gözlənilir. Temperatur Bakıda və Abşeron yarımadasında 23-28, Mərkəzi Aran rayonlarında 25-30, dağlıq ərazilərdə isə 15-18 dərəcə arasında dəyişəcək”.
Mütəxəssis qeyd edib ki, növbəti 3 gündə Azərbaycanda mülayim şərq küləyi əsəcək.
 
Aktual.az
Xəbər 396 dəfə oxunub.

YAZARLARIMIZ

SEÇİLMİŞ

SON XƏBƏRLƏR