Maştağada atasını yandırıb öldürən şəxsə HÖKM OXUNDU

Maştağada atasını yandırıb öldürən şəxsə HÖKM OXUNDU

Bakı Ağır Cinayətlər Məhkəməsində atasını xüsusi amansızlıqla öldürməkdə təqsirləndirilən İlyas Mehdiyevin məhkəməsi yekunlaşıb.

Aktual.az Trend-ə istinadən xəbər verir ki, hakim Novruz Kərimovun sədrliyi ilə keçirilən prosesdə təqsirləndirilən şəxsə hökm oxunub.
Məhkəmənin hökmü ilə İ.Mehdiyev 19 il azadlıqdan məhrum edilib.
İttihama görə, hadisə bu il yanvarın 31-də Bakının Sabunçu rayonunun Maştağa qəsəbəsində baş verib. Ata ilə oğul arasında ailə münaqişəsi zəminində mübahisə yaranıb. İ.Mehdiyev şüşə qabda olan benzini atasının üstünə tökərək onu yandırıb. Sonra benzinin qalanını evə tökərək od vurub və oranı tərk edib.

İ.Mehdiyev Cinayət Məcəlləsinin 120.2.2. (xuliqanlıq niyyəti ilə adam öldürmə), 120.2.4 (xüsusi amansızlıqla) və 186-cı (əmlakı qəsdən məhv etmə və ya zədələmə) maddələri ilə təqsirli bilinir.
 
Aktual.az
Xəbər 378 dəfə oxunub.

YAZARLARIMIZ

SEÇİLMİŞ

SON XƏBƏRLƏR